Ölkədə daha bir qıtlıq yaradan səbəb: Mərkəzi Bank ambisiyalarından niyə əl çəkmir?

Ölkədə daha bir qıtlıq yaradan səbəb: Mərkəzi Bank ambisiyalarından niyə əl çəkmir?Əkrəm Həsənov, hüquqşünas
Xırda pul qıtlığı problemi. Böyük əksəriyyət etiraf edər ki, bu problemlə hər gün üzləşməkdədir. Xüsusən də istehlakçıların istənilən satış və xidmət mərkəzində bu məsələ ilə bağlı gündə ən azı bir dəfə qanıqaraçılıq yaşadığı acı reallıqdır.
Qısacası, hazırda ölkədə xırda əskinas qıtlığı mövcuddur ki, bu da get-gedə daha ciddi hal alır. İş o yerə çatıb ki, 200, 100, 50, hətta 20 manat uzadılan əksər satış və xidmət nəntəqələrində bu milli valyutalara qarşı sanki bir fobiya yaranıb. Elə əlini cüzdanına atıb bu qədərini çıxaran istehlakçını da aniyən eyni "qorxu" hissi bürüyür. Səbəbsə gün kimi aydındır, çünki bu vəziyyət əksər hallarda xırda narazılıqlara səbəb olmaqla artıq insanların gündəlik qayğıları sırasında kök salmağa doğru gedir. Bəs görəsən, bu məsələ nədən qaynaqlanır? Niyə ölkədə xırda pul problemi yaşanır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov ölkədə xırda pul qıtlığını birbaşa Mərkəzi Bankın fəaliyyəti ilə əlaqələndirir.
Ekspert deyir ki, bank tərəfindən kiçik pul əskinasları kifayət qədər buraxılmadığı üçün dövriyyədə çatışmır:
"Mərkəzi Bank və digər dövlət orqanları ümid edirdilər ki, "Nağdsız hesablaşmalar haqqında" qanuna əsasən, ölkədəki pul dövriyyəsi əsas nağdsız hesablaşmaya keçəcək və buna görə də kiçik əskinaslara ehtiyac olmayacaq. Amma reallıq onu göstərir ki, bizim əhalinin xeyli hissəsi buna keçmir və ona görə də əskinaslara ehtiyac var. Və Mərkəzi Bank ölkəni kiçik nominallı pul əskinasları ilə kifayət qədər təmin etmədiyi üçün bu çatışmazlıq yaranır".
Əkrəm Həsənov onu da əlavə edir ki, Mərkəzi Bank bundan xəbərdar olsa da, heç bir tədbir görmür:
"Bu isə bankın ambisiyalarından irəli gəlir. Ölkənin əsas bankı Prezidentə hesabat verir, mətbuata açıqlayır, hətta xaricdə özünə belə bir imic yaradır ki, guya Azərbaycanda nağdsız hesablaşmalar sürətlə inkişaf edir. Buna görə də guya kiçik nominallı pul nişanlarına ehtiyac azalır. Və bunu sübut etmək üçün xırda əskinasları kifayət qədər buraxmır. Yəni əgər bu gün pul buraxmağa başlasa, deməli, belə çıxır ki, bu sahədəki fəaliyyəti uğursuz olub. Qısacası, bunu boynuna almaq istəmir".
"Bəs problemin həlli istiqamətində konkret hansı addımlar atılmalıdır?" sualına isə hüquqşünas belə cavab verir:
"Burada yeganə yol odur ki, vətəndaşları kiçik nominallı pul əskinasları ilə təmin etmədiyi üçün Mərkəzi Bankdan şikayət versinlər. Yəni vətəndaşlar Mərkəzi Banka qarşı tələbkar olmalıdır. Açığı, bunun hər hansı hüquqi yolu yoxdur. Çünki qanuna görə, Mərkəzi Bank müstəqildir və pul siyasətini də tam müstəqil həyata keçirir. Yəni o, kiçik pullara ehtiyac olmadığını münasib bilirsə, bunu da edir. Çıxış yolu isə odur ki, vətəndaşlar seçdikləri millət vəkillərindən Mərkəzi Bank haqqında qanunda dəyişikliklər edilməsini tələb edə bilərlər. Qanunda MB-nin dövriyyəni kifayət qədər pul əskinasları ilə təmin etmək vəzifəsi olduğu öz əksini taparsa, vətəndaş ondan məhkəməyə şikayət edə bilər. Və yalnız bu halda vətəndaşların haqları təmin olunar".
Sevinc Paşayeva,
KONKRET.az

Xəbərlər     Tarix: 05 sentyabr 2022

Oxşar xəbərlər

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq


iqtisadi xeberler biznes ideyalari avtomobil xeberleri bitkoin qiymeti valyuta kurslari