Çin süni intellekt çipləri ilə robotaksi və insansı robot bazara çıxaracaq
Çinin elektrikli avtomobil istehsalçısı Xpeng daha əvvəl yaxın gələcəkdə robotaksilərin real biznes olmayacağını bildirməsinə baxmayaraq, 2026-cı ildə robotaksi xidmətini işə salacağını açıqlayıb və eyni zamanda ən yeni insansı robot modelini tanıdıb.
Biznes.az xəbər verir ki, Quançjouda yerləşən şirkət çərşənbə günü keçirilən "AI Day" tədbirində üç robotaksi modelini təqdim etdiyini bildirib. Məlumata görə, avtomobillər Xpeng tərəfindən hazırlanmış dörd ədəd "Turing" süni intellekt çipi ilə təchiz olunacaq. Şirkət bu çiplərin 3.000 TOPS hesablama gücü ilə dünyada avtomobil daxilində ən yüksək ümumi hesablama performansını təmin etdiyini iddia edir.
Qeyd olunub ki, bu yarımkeçiricilər Xpeng-in ikinci nəsil "vizual-dil-aksiya" modelini dəstəkləyir. Alibaba da özünün AutoNavi törəmə şirkəti və Amaps tətbiqi vasitəsilə robotaksi sahəsində Xpeng ilə tərəfdaşlıq qurduğunu açıqlayıb.
Xpeng 2026-cı ildə Quançjou və Çinin digər şəhərlərində robotaksi sınaqlarına başlamağı planlaşdırır. Şirkətin həmsədri Brayan Gu 2024-cü ilin aprelində sürücüsüz taksilərin ən azı beş il ərzində böyük biznesə çevrilməyəcəyini demişdi. Lakin o, çərşənbə günü "texnologiya gözlədiyimizdən daha sürətlə inkişaf edir" ifadəsini işlədib.
Bununla yanaşı, Xpeng ikinci nəsil Iron insansı robotunu da təqdim edib. Şirkət 2026-cı ildə robotların kütləvi istehsalına başlamağı planlaşdırır. Xpeng-in baş icraçı direktoru He Syaopeng bildirib ki, robotlar ilkin mərhələdə şirkət obyektlərində bələdçi və satış köməkçisi kimi istifadə olunacaq.
Yeni insansı robot Xpeng-in üç ədəd "Turing" süni intellekt çipi və bərk hal (solid-state) batareyası ilə təchiz edilib.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?