"Süni intellekt sektoru üçün federal xilasetmə paketi olmayacaq"
Ağ Ev süni intellekt sektoru üçün federal yardım paketinin olmayacağını açıqlayıb
Biznes.az xəbər verir ki, Ağ Evin süni intellekt və kriptovalyuta üzrə baş müşaviri Devid Saks (David Sacks) ABŞ-ın sürətlə inkişaf edən süni intellekt texnologiyaları sahəsində qlobal lider mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda, sektora federal yardım paketinin ayrılmayacağını bildirib.
Saks cümə axşamı şəxsi "X" (keçmiş Twitter) hesabında paylaşdığı açıqlamada qeyd edib ki, "ABŞ-da ən azı 5 böyük qabaqcıl süni intellekt model şirkəti mövcuddur. Onlardan biri uğursuzluğa düçar olsa, digərləri onun yerini tutacaq".
O, ABŞ hökumətinin icazə proseslərini sadələşdirmək və elektrik enerjisi istehsalını artırmaq niyyətində olduğunu da vurğulayıb. "Məqsəd, əhalinin elektrik tariflərini artırmadan sürətli infrastruktur quruculuğunu təmin etməkdir," – deyə Saks bildirib.
Xatırladaq ki, Prezident Donald Tramp yanvar ayında süni intellekt sahəsində ABŞ-ın üstünlüyünü gücləndirmək məqsədilə 500 milyard dollar dəyərində "Stargate" adlı infrastruktur təşəbbüsünü elan edib. Bundan əlavə, ötən ay Energetika naziri Kris Rayt (Chris Wright) enerji istehlakı yüksək olan məlumat mərkəzlərinin elektrik şəbəkəsinə qoşulmasını sürətləndirmək üçün federal enerji tənzimləyicilərinə yeni qaydaların nəzərdən keçirilməsi ilə bağlı göstəriş verib.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
1000 manatla hansı biznesi qurmaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznesə aid ən yaxşı 10 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları