Ölkədə mənzillərin qiymət artımına səbəb nədir? - ƏTRAFLI

Ölkədə mənzillərin qiymət artımına səbəb nədir? - ƏTRAFLI2022-ci ilin IV rübündə Azərbaycanda mənzil bazarında qiymətlərin indeksi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 8% artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bəs ölkədə mənzillərin qiymət artımına səbəb nədir?
Mövzu ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev KONKRET.az-a danışıb:
Ölkədə mənzillərin qiymət artımına səbəb nədir? - ƏTRAFLI"Azərbaycanda, xüsusilə Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlakların qiymətlərində hər il çox sürətli artımlar baş verir. Qiymət artımına müxtəlif amillər təsir edə bilər. Bakıda çoxmərtəbəli binaların tikilməsi üçün torpaq sahələrinin qalmaması və qalan ərazilərin qiymətlərinin kəskin baha olması həmin ərazilərdə tikilən binalardakı mənzillərin qiymətlərinə birbaşa təsir edir. Artıq 2016-cı ildən başlayaraq tikinti şirkətləri pilot layihələr üzərindən köhnə və istismar müddətini bitirmiş binaları sökür, yeni bina tikilib təhvil verilən günə qədər sakinləri pul ilə və binanın tikintisi başa çatdıqdan sonra həmin binada yeni mənzillə təmin edir. Mənzillərin tikintisinin bu formada aparılması da birbaşa tikintinin maya dəyərinin artmasına səbəb olur.
Digər tərəfdən, 2020-ci ildən başlayaraq, sərhədlərin bağlı olması və digər səbəblərdən tikinti materiallarında da ciddi qiymət artımı baş verib. Tikinti materiallarının da qiymətlərinin artımı bütün əmlakların qiymətlərini artırıb. Artıq istismar müddətini bitirmiş binaların da qiymətində kəskin artım baş verib. Diqqət etsək, istismar müddətini bitirmiş binalar ipoteka predmetinə çevrilə bilmir. Yəni o mənzillər ipoteka krediti ilə satılmır, banklar onları girova götürmür. Səbəb isə onların istismar müddətinin bitməsidir. Həmin binalar mərhələli şəkildə sökülür, yerində çoxmərtəbəli yeni binalar tikilir. Vətəndaşa verilən mənzil onun öz köhnə mənzilinin qiymətindən 2 dəfə artıq qiymətdə dəyərləndirilir. Təmirli, geniş mənzil və bina tikilib bitənə qədər, təxminən 2-3 il müddətinə verilən kirayə haqqı əlində kapital olan şəxslər üçün əlavə bir gəlir mənbəyidir".
Onun sözlərinə görə, mərkəzdən kənar ərazilərdə yerləşən ucuz həyət evlərinin də qiyməti artıb:
"Artıq uzun illərdir ki, fərdi həyət evlərində də qiymət artımları müşahidə edilir. Artıma səbəb ərazilər üzrə torpaq sahələrinin qiymətinin qalxmasıdır. Biz 20 il əvvələ baxsaq, torpaq və mənzillərin qiymətləri həmin dövrə nisbətdə 10 dəfə artıb. Paytaxtın mərkəz ərazilərində yerləşən fərdi həyət evlərində satış qiymətləri hər zaman baha olur. Lakin kənar torpaqlarda, xüsusilə də sənədi olmayan torpaqlarda inşa olunmuş həyət evlərinin qiymətləri nisbətən ucuz olurdu. Artıq onların da qiymətlərində artım var".
Ekspert bildirib ki, artıma səbəb olan digər amil isə bu sahəyə olan tələbatdır:
"Qeyd etdiyim kimi, artıma səbəb tikinti materialları və torpaq sahələrindəki ciddi qiymət artımıdır. Çünki torpaq tükənən amildir. Tükənməsi qiymət artımına səbəb olur.
Başqa bir səbəb isə bu sahəyə tələbatın artmasıdır. Biz nəzərə almalıyıq ki, satışlar son illər, xüsusilə 2022-ci ildə satılan əmlakların böyük əksəriyyəti kreditli şərtlərlə satılıb. İpoteka, Mənzil İnkişafı Dövlət Agentliyi (MİDA), kirayə mənzillər və bir çox böyük tikinti şirkətləri var ki, onlar da uzun müddətli kreditlə mənzil satışını həyata keçirirlər. Bu da vətəndaşların evsizlik problemini aradan qaldırmasında rol oynayır. Yəni ilkin ödəniş etməklə kreditlə mənzil sahibi ola bilirlər və bu da tələbat artımına səbəb olur".
Fidan Ali,
KONKRET.az

Xəbərlər     Tarix: 17 fevral 2023

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların


iqtisadi xeberler 1000 manatla biznes kripto depozit faizleri emlak xeberleri