Ölkənin ilk vençur kapital fondu yaradıldı – Fonda Məmməd Kərim rəhbərlik edəcək

Ölkənin ilk vençur kapital fondu yaradıldı – Fonda Məmməd Kərim rəhbərlik edəcəkAzərbaycanın ilk Vençur Kapital Fondu – "Caucasus Ventures MMC" Kommandit Ortaqlığı yaradılıb.
Banker.az-a daxil olan məlumata görə, Fonda Kərimov Məmməd Paşa oğlu (Məmməd Kərim) rəhbərlik edəcək. Bu barədə Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatda bildirilir.
Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir.
"Caucasus Ventures" vençur fondu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılıb.
Bununla bağlı ilkin məlumatda qeyd edilirdi ki, sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. "Paşa Holdinq" Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər.
Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək "Caucasus Ventures"ə əlavə 5 milyon manat vəsait ayırıb.
Lakin ilkin olaraq onun nizamnamə kapitalı 1 000 manat kimi rəsmiləşib.
Fond (VÖEN: 2007730101), Bakı şəhəri Xətai rayonu, Ağ Şəhər ev.13 m.36-da dövlət qeydiyyatına alınıb.
Bundan öncə isə eyni ünvanda "Caucasus Ventures" MMC təsis edilmişdi.
Azərbaycanın vençur fondu "Caucasus Ventures" 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatırmalıdır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən əməkdaşlıqla bağlı bildirmişdi ki, vençur fond innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq.
"PAŞA Holdinq"in Baş icraçı direktoru Cəlal Qasımov holdinqin öz tərəfindən fondun uğurlu olması üçün "lazımi dəstəyi əsirgəməyəcəyini" bildirmişdi.

Xəbərlər     Tarix: 27 dekabr 2022

Oxşar xəbərlər

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler dollarin kursu bu gun biznes xeberleri bitcoin qiymeti avtomobil xeberleri