OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2025-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.
Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur (proqnoz dəyişməyib).
Təşkilat 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən 20 min barel artacağını (proqnoz dəyişməyib) və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.
Qeyd olunur ki, artımın qismən "Şahdəniz", "Abşeron" və "Ümid-Babək" qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır. "Azəri-Çıraq-Günəşli" yataqlarında da hasilat bu il yeni platformanın hesabına artmalıdır.
OPEC-in hesabatına görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı təqribən 700 min barel səviyyəsində olub. Bu da illik müqayisədə 60 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən təxminən 15 min barel çoxdur. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Bill Qeyts kimdir?
Cash Back nədir?