OPEC-in neft hasilatını azaltması Azərbaycanın gəlirlərini nə qədər artırır?

OPEC-in neft hasilatını azaltması Azərbaycanın gəlirlərini nə qədər artırır?OPEC+ ölkələri nazirlərinin Monitorinq Komitəsi gündəlik neft hasilatını iki milyon barel azaltmağa razılaşıb. ABŞ-nin Maliyyə naziri Canet Yellen isə OPEC-i tənqid edərək qərarın faydasız və düşünülməmiş olduğunu, inkişaf etməkdə olan ölkələrə zərər verəcəyini vurğulayıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, OPEC-in son qərarı məhz dünya iqtisadiyyatına müşahidə edilən resessiya və neftə tələbin azalmasıyla bağlıdır:
"OPEC bir müddət öncə neft hasilatının artırılmasıyla bağlı qərar qəbul etmişdi, bu isə birbaşa onunla bağlı idi ki, OPEC pandemiyanın yumşalması fonunda neftə tələbin artacağını güman edirdi, amma xüsusilə inkişaf etmiş ölkələrdə iqtisadi artımla bağlı proqnozların reallaşmaması neftə olan tələbin azalmasına gətirib çıxardı. Buna görə də OPEC hasilatın iki milyon barel azaldılmasıyla bağlı qərar qəbul etdi.
Onun bu qərarı nə inkişaf etmiş ölkələr, nə də ekspertlər tərəfindən gözlənilən hesab olunurdu. Əslində, hasilatın azaldılması gözlənilən idi, amma iki milyon barel azaldılması gözlənilmirdi. O baxımdan bir sıra inkişaf etmiş ölkələr qərardan heç də məmnun olmadı. Məsələn, ən çox neft istehlak edən və istehlakının 50 faizini idxal hesabına ödəyən ABŞ bu qərarı heç də məmnunluqla qarşılamadı".
İqtisadçı bu qərardan sonra neftin qiymətində müəyyən artımlar müşahidə olunsa da, kəskin artımların hələ də olmadığını diqqətə çatdırıb:
"Çünki OPEC+ hasilatın iki milyon barel azaldılmasıyla bağlı qərar qəbul etsə belə, onunla bağlı planı praktik olaraq təsdiq etməyib. Yəni bu hasilatın necə azaldılacağı, ölkələrin kvotalarının necə olacağı tam olaraq razılaşdırılmayıb, ona görə də neft bazarında kəskin qiymət artımları müşahidə olunmadı.  Bununla belə, qərar neftin dünya bazarında qiymətinin stabilləşməsinə və müəyyən qədər artmasına səbəb oldu. Bu da neft ölkələri üçün arzuolunan hesab olunur.
Əgər qərarla bağlı konkret addımlar atılarsa, qiymətlərin artması fonunda neft ölkələrinin valyuta gəlirləri də artacaq. Təbii ki, Azərbaycanın gəlirlərinə də müsbət təsir olacaq. Çünki Azərbaycan ixracatının təxminən 80 faizi xam neftdir". / banker.az

Xəbərlər     Tarix: 13 oktyabr 2022

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler bitkoin bitkoin almaq dollar məzənnəsi valyuta kurslari