OPEC: Neft-qaz sənayesinə investisiyalardan imtina enerji təhlükəsizliyinə təhdid yarada bilər
Neft və qaz sənayesinə sərmayələrin kifayət qədər olmaması və ya onlardan imtina edilməsi qlobal enerji təhlükəsizliyinə təhdid yarada bilər.
Bunu Əbu-Dabidə keçirilən ADIPEC konfransında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qais bildirib.
"Biz OPEK-də illərdir sənayemizə kifayət qədər sərmayə qoyulmamasının təhlükələri haqqında danışırıq, digərləri isə dünya enerji keçidinə doğru irəliləyərkən neft hasilatının ixtisarına və investisiyalardan imtina etməyə çağırır. Biz inanırıq ki, bu, bir çox ölkələri risk altında qoyur, çünki bu gün qlobal iqtisadi rifahın təməl daşı enerji təhlükəsizliyidir", – deyə Əl-Qais Əbu-Dabidə keçirilən ADIPEC konfransında bildirib.
Təşkilatın baş katibinin qeyd etdiyi kimi, enerji keçidi istəyi neft-qaz sənayesinə investisiyadan imtina üçün səbəb olmamalıdır. Onun sözlərinə görə, bu prosesə cəlb olunan ölkələrin hökumətləri mərhələli enerji keçidi üçün aydın fəaliyyət planına malik olmalıdır və bu plan müasir qlobal iqtisadiyyatın tələblərini nəzərə almalıdır. / banker.az
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c