OPEC neftə tələbatın artım tempi ilə bağlı proqnozunu olduğu kimi saxlayıb

OPEC neftə tələbatın artım tempi ilə bağlı proqnozunu olduğu kimi saxlayıbOPEC 2024-cü ildə neftə tələbatın artım tempi ilə bağlı proqnozunu sutkada 2.2 milyon barel, 2025-ci ildə isə 1.85 milyon barel səviyyəsində saxlayıb. Analitiklər 2023-cü ildə neftə tələbat təxminlərini 50 min barel artıraraq 102.21 milyon barelə qaldırıblar və bu il neft istehlakının 2.25 milyon barel artacağını gözləyirlər.
OPEC hesab edir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neft tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə sutkada təxminən 0.3 milyon barel artacaq. İƏİT-ə daxil olmayan ölkələrdə Çin və Yaxın Şərq, digər Asiya ölkələri, Hindistan və Latın Amerikasının dəstəyi ilə neft tələbinin illik 2 milyon barel artacağı gözlənilir.
Analitiklər deyirlər ki, 2024-cü ildə tələb hava səyahətləri və yük daşımalarına güclü tələbat, eləcə də güclü sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyəti, xüsusilə də İƏİT-ə daxil olmayan ölkələrdə dəstəklənəcək. Əsasən Çin və Yaxın Şərqdə neft-kimya sektorundan da neftə tələbatın artacağı proqnozlaşdırılır.
2024-cü ilin yanvar ayı üzrə ilkin məlumatlara görə, İƏİT ölkələrinin kommersiya neft ehtiyatları 26.8 milyon barel azalaraq 2.735 milyard barelə düşüb. Bu, 2015-2019-cu illərdəki orta göstəricidən aşağıdır.
Komponentlər üzrə neft və neft məhsullarının ehtiyatları müvafiq olaraq 10.7 və 16,1 milyon barel azalıb. İƏİT-in kommersiya neft ehtiyatları yanvarda 1.318 milyard barel təşkil edib ki, bu da 2015-2019-cu illərin orta göstəricisindən 113 milyon barrel aşağıdır. / banker.az

Xəbərlər     Tarix: 13 mart 2024

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes ideyalari dollar məzənnəsi bitcoin qiymeti biznes xeberleri