"OPEC+" ölkələri kvotalarından geriləməni artırıb
Neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmaya əsasən öhdəlikləri olan "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri mart ayında gündəlik neft hasilatını 460 min barel azaldaraq, öz kvotalarından geriləməni sutkada 2.2 mln. barelə qədər artırıblar.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilir.
"Kvotası olan 19 iştirakçının ("OPEC+" sövdələşməsi iştirakçıları – red.) gündəlik hasilatı martda 460 min barel azalaraq – 37.94 mln. barelə enib ki, bu da alyansın real tədarük həcminin hədəf səviyyəsindən geri qalmasını fevraldakı 1.7 mln. bareldən 2.2 mln. barelə qədər artırıb", – hesabatda bildirilir.
Eyni zamanda, bütün 23 "OPEC+" ölkəsində (kvotadan azad edilmiş saziş iştirakçıları da daxil olmaqla) gündəlik neft hasilatı mart ayında 380 min barel azalaraq 44.17 mln. barelə düşüb. Əsas azalma Rusiyada, eləcə də təmir işləri ilə əlaqədar istehsalın 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşdüyü Anqolada qeydə alınıb.
Xatırladaq ki, "OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9.7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı – avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.
Bundan əlavə may ayından etibarən bəzi "OPEC+" razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1.66 mln. barel azaldacaq. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Freelance" nədir?
"iPhone 15" modelinin üstünlükləri
Az pulla hansı işi qurmaq olar?
Evdə biznes qurmağın yolları
Dropshipping nədir?