OPEC ölkələrində neft hasilatı üzrə artım tempi azalacaq – Proqnoz
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2022-2023-cü illər üzrə gündəlik xam neft hasilatı proqnozunu azaldıb.
Gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,85 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnoz göstəricidən 0,14 mln. barel azdır.
Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,58 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,03 mln. barel azdır.
Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.
Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il də də çata bilməyəcək. / banker.az
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml