"OpenAI" süni intellektdən istifadə edilməklə yaradılmış sistemdən imtina edib
Məşhur "ChatGPT" alətinin yaradıcısı olan "OpenAI" şirkəti hazır texnologiyanın olmasına baxmayaraq, süni intellektdən istifadə edilməklə yaradılmış mətnləri işarələmək üçün su nişanı sistemindən istifadə etməmək qərarına gəlib.
Bu barədə "The Verge" nəşri məlumat yayıb.
Son bir il ərzində "OpenAI"də "ChatGPT" tərəfindən yaradılan mətnlərdə su nişanlarını aşkar edə bilən alət var. Süni intellektlə mətnin müəllifliyini yoxlamaq imkanı verən bu alət elmi məqalələrin yazılması zamanı süni intellektdən istifadənin qarşısını almaq istəyən təhsil müəssisələri üçün xüsusilə vacibdir.
Lakin şirkət daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları yaranıb. Bəzi işçilər su nişanlarından istifadənin şirkətin şəffaflığını artıracağına inanırlar. Digərləri bunun biznesə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
"OpenAI" tərəfindən sifariş edilən sorğunun nəticələri göstərib ki, "ChatGPT" istifadəçilərinin təxminən 30 %-i su nişanları tətbiq olunarsa, platformadan istifadə etməkdən imtina edəcək. Potensial maliyyə itkiləri və xidmətin populyarlığının azalması şirkət rəhbərliyinin su nişanı sistemindən istifadə etməmək qərarı verməsinə gətirib çıxarıb. / banker.az
Startaplar üçün yeni vergi güzəştləri olacaq
2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi
Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib
Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki