"Opera" bütün platformalarda istifadəçinin məxfiliyini qoruyacaq
"Opera" şirkəti məhsullarını təkmilləşdirməyə davam edir. İndi də iOS üçün Opera brauzerinə pulsuz VPN əlavə edib.
Artıq istifadəçilər internetdən istifadə edərkən şəxsi məlumatlarının təhlükəsizliyini və anonimliyini təmin edə bilərlər.
Beləliklə, "Opera" "Mac", "Windows", "Linux", "Android", indi də "iOS" kimi bütün əsas platformalarda pulsuz VPN təklif edən ilk böyük brauzer adını qazanıb.
VPN əsas menyu vasitəsilə aktivləşdirilir. Bunun üçün abunə, avtorizasiya və ya əlavə genişləndirmələrin quraşdırılması tələb edilmir.
Tərtibatçıların fikrincə, bu, istifadəçilərin təhlükəsizliyinin və onların məxfiliyinin təmin edilməsində mühüm addımdır.
Pulsuz VPN-nin yaxın həftələrdə tam istifadəyə veriləcəyi gözlənilir. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind