Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTO

Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTOOrqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTO
Orqanizmin qocalmasını və demensiyanın inkişafını gecikdirmək üçün daha çox mütaliə etmək, yeni şeylər öyrənmək, qan təzyiqinə nəzarət etmək, daha çox hərəkətdə olmaq, pis vərdişlərdən uzaqlaşmaq və təbiətdə daha tez-tez gəzmək lazımdır.
Bu barədə Rusiyada Herontologiya Elmi-Tədqiqat Tibb Mərkəzinin direktoru, herontoloq, tibb elmləri doktoru Kirill Proşayev bildirib.
Onun sözlərinə görə, yeni məlumatları, ya xarici dilləri öyrənmək, ekskursiyalara getmək, kitab oxumaq heç vaxt gec deyil - bütün bunlar koqnitiv ehtiyatın yaranmasına kömək edir.
Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTOMütəxəssis bildirib ki, fiziki aktivliyi az olan insanlarda bu funksiyaların yaşlandıqca daha da pisləşdiyi elmi şəkildə sübut olunub.
"Müəyyən edilmiş normalar yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir təlim sxemini təklif edir: həftədə 150 ​​dəqiqə yüksək intensivlikli və ya 300 dəqiqə orta intensivlikli məşqlər, 2-3 dəfə güc məşqləri və həftədə bir neçə dəfə balans məşqləri. Nə qədər çox hərəkət etsək, yaşlandıqda və qocalıqda koqnitiv funksiyalarımız bir o qədər yaxşı olar", - deyə Proşayev izah edib.
Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTOHerontoloq vurğulayıb ki, hər kəs öz təzyiqinə nəzarət etməlidir.  Onun sözlərinə görə, hər hansı bir insanın, o cümlədən hipertoniya xəstələrinin təzyiqi 140/90-dan, yüksək qan təzyiqlə bərabər diabetdən əziyyət çəkənlərdə isə 130/80-dən də aşağı olmalıdır. Məhz bu versiyada onlar demensiyanın, infarktın və insultun, ürək, böyrək kimi orqanların zədələnməsinin qarşısını ala bilərlər.
Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTOHəkim əlavə edib ki, ekoloji cəhətdən əlverişsiz ərazilərdə yaşayan insanların təbiətdə daha tez-tez olması lazımdır.
"Ekoloji cəhətdən əlverişsiz bölgələrdə yaşayan insanların koqnitiv funksiyalarının vəziyyəti yaşla daha da pisləşir, buna görə də beyin funksiyasının qorunmasında vacib amil parklara, bağ evlərinə, şəhərətrafı ərazilərə baş çəkməkdir. Bir də siqaretin baş beyinə böyük zərər vurduğunu unutmamaq lazımdır", - deyə Proşayev sözlərini yekunlaşdırıb.
Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTOMənbə: Ura.ru

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler investisiya valyuta xeberleri pul qazanmaq bitkoin almaq