Orxan Nəzərli Naxçıvana səfər edib, Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimində iştirak edib

Orxan Nəzərli Naxçıvana səfər edib, Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimində iştirak edibNaxçıvan Muxtar Respublikasının (MR) Babək şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, bununla əlaqədar Naxçıvan MR-ə səfər edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli və onu müşayiət edən şəxslər, eləcə də Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
DVX rəisi Orxan Nəzərli Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdən sonra Babək şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsinin, bu məqsədlə xidmət mərkəzlərinin qurulmasının diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, 2023-cü ilin may ayında Naxçıvan, 2024-cü ilin fevral ayında isə Ordubad və Şərur şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Bu gün isə analoji xidmət Babək rayonunda təşkil olunur.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın ötən ildən icra olunduğunu xatırladan səlahiyyətli nümayəndə vurğulayıb ki, belə mərkəzlərin yaradılması Dövlət Proqramının icrası ilə birbaşa bağlıdır. Vergi ödəyicilərinə xidmət mərkəzi bu sahədə işin səmərəliliyini və xidmətin keyfiyyətini daha da artıracaq. Mərkəzin müasir imkanları hesabına vergi ödəyicilərinin müraciətlərinə qısa zamanda reaksiya veriləcək, problemləri yerində həll olunacaq. Bütün bunlar sahibkarlığın inkişafına böyük dəstəkdir. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bildirib ki, DVX-nin 2024-2030-cu illər üçün inkişaf strategiyasının mühüm bir hissəsi effektiv vergi xidmətləri sisteminin təşkili ilə bağlıdır. Bu gün əsas hədəflərdən biri vergi orqanının müştəriyönümlü fəaliyyəti və xidmətlərin vergi ödəyicilərinin ehtiyac və gözləntilərinin ödənilməsinə istiqamətlənib. Orxan Nəzərli qeyd edib ki, Babəkdə açılan yeni mərkəz vergi ödəyicilərinə göstərilən müasir xidmətlər dairəsinin genişləndirilməsi istiqamətində tədbirlərin növbəti mərhələsidir. DVX rəisi xidmət mərkəzinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara vergi məsələlərində zəruri dəstəyi təmin edəcəyinə əminliyini diqqətə çatdırıb. 
Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, muxtar respublikada fəaliyyət göstərən ən yeni avadanlıqlarla təchiz edilmiş modern xidmət mərkəzləri geniş funksiyalara malik olmaqla, ümumilikdə 51.400-ə yaxın vergi ödəyicisinə vergi sahəsi üzrə bütün xidmətləri təqdim edir və onların vergi məsələlərinin həllinə dəstək göstərir.
Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında çarxa baxıb, buradakı texniki imkanlar və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, ən yeni avadanlıqlarla təchiz edilmiş müasir dizaynlı xidmət mərkəzi geniş funksiyalara malikdir. Mərkəzdə sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, bəyannamə və hesabatların tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması, "ASAN İmza" sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Xidmət mərkəzində özünəxidmət bölməsi qurulub, vergi ödəyicilərinə büdcəyə olan borclarını öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq üçün imkan yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər. Bununla yanaşı, mərkəzdə şəhid ailələri və Vətən müharibəsi qazilərinə növbədənkənar xidmət göstərilməsi təmin olunub.
Mərkəzlə tanışlıq zamanı Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov MR-də yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı nəticəsində 2024-cü ilin yanvar – iyun ayları ərzində əldə olunmuş bəzi göstəricilər barədə təqdimat edib. Bundan başqa, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin əməkdaşlarının "Naxçıvanın turizm potensialı" və "Naxçıvanın logistika və nəqliyyat potensialı" mövzularında təqdimatları dinlənilib.
Ən son texnoloji yeniliklər, elektron növbə və müasir xidmət avadanlıqları ilə təmin olunan mərkəzə müraciət edən vergi ödəyicilərinə xidmət prosesi əyani şəkildə göstərilib.
Orxan Nəzərli Naxçıvana səfər edib, Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimində iştirak edibOrxan Nəzərli Naxçıvana səfər edib, Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimində iştirak edib/ marja.az

Maliyyə     Tarix: 25 iyul 2024

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler valyuta xeberleri en son xeberler biznes qurmaq iqtisadiyyat xeberleri