Ötən il Gəncədə 253,2 milyon manatlıq metallurgiya məhsulları istehsal edilib
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü il yanvar-dekabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatları açıqlayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 607,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 157,4 milyon manatı, yaxud 25,9 faizi dövlət sektorunun sənaye müəssisələri, 449,8 milyon manatı, yaxud 74,1 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 447,8 milyon manatı, yaxud 82,8 faizi qeyri-dövlət sektoruna aid olmaqla 541,0 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 115,0 milyon manat qida məhsulları istehsalı, 17,7 milyon manat içki, 253,2 milyon manat metallurgiya sənayesi məhsulları, 93,2 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 61,9 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində 14,2 ton makaron, 244,1 min dekalitr araq, 133,9 min dekalitr şərab, 623 ədəd traktor, 509 ədəd MAZ yük avtomobili, 11037,0 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 2570 ədəd elektron, 463012 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-dekabr ayları ərzində 39,4 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 25,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. / marja.az

"Qala Həyat"ın ödənişləri 76% artıb
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
İnstaqramda biznes qurmağın yolları
Evdə biznes qurmağın yolları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
İban nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?