Özünüzü başqalarının xətkeşi ilə ölçməyin: müqayisə tələsindən necə qurtulmaq olar?
Bəzən kiməsə baxıb düşünürsünüz: "Bax, bəxti necə gətirib, məndə isə hər şey başqa cürdür!" Və ya: "Niyə o uğurludur, mən isə yox?". Tanış hissdir? Daimi müqayisə artıq demək olar ki, refleksə çevrilib və çox vaxt kömək etməkd yerinə incidir.
Niyə müqayisələrdə ilişib qalırıq?
Əslində, bu təbiidir – ətrafa baxmaq və harada olduğumuzu müəyyənləşdirmək. Problem ondadır ki, biz yalnız parlaq üz qabığını görürük: başqalarının qələbələrini, ideal şəkilləri, gurultulu bəyanatları. Tər, göz yaşı, sınaqlar və səhvlər adətən kadr arxasında qalır.
Daim özümüzü müqayisə etdikdə nə baş verir?
Özgüvən azalır və insan özünü olduğundan daha pis hiss etməyə başlayır. Eyni zamanda həvəs itir, daxili inciklik yaranır, narahatlıq və stres səviyyəsi artır.
Müqayisə dairəsindən necə çıxmaq olar?
Özünəməxsusluğunuzu qəbul edib: siz – Yer üzündə təkrarsız təcrübəyə, düşüncələrə və hisslərə malik yeganə insansınız. Özünüzdə bəyəndiyiniz və ya fəxr etdiyiniz 3–5 şeyi yazmağa çalışın. Bu, həqiqi özünüzü görməyə kömək edəcək.
"Rəqəmsal detoks" edin: sosial şəbəkələr əslində həyatın hamısı yox, sadəcə ən yaxşı anların vitrinasıdır. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı azaldın və sizdə mənfi hisslər oyadan səhifələrdən uzaqlaşın.
Minnətdarlıq məşqini edin: hər gün minnətdar ola biləcəyiniz 3 şeyi tapın. Bu, sadə bir şey də ola bilər – səhər qəhvəsi və ya yaxın birinin mehriban gülümsəməsi.
Özünüzü özünüzlə müqayisə edin: başqaların deyil, öz inkişafınızı izləməyə çalışın. İrəliyə doğru kiçik bir addım belə artıq qələbədir!
Qeyri-mükəmməlliyinizi qəbul edin: heç kim ideal deyil. Hamı səhv edir və zaman-zaman özünü boşluqda hiss etmək tamamilə normaldır.
Dəstək mühiti yaradın: sizi olduğunuz kimi dəyər verən insanlarla vaxt keçirin. Bu, əvəzolunmazdır.
Nəticə. Özünüzü başqaları ilə müqayisə etməyi dayandırmaq bir gecədə superqəhrəman olmaq deyil. Bu, həyatınızı sevməyi və özünüzə qarşı daha mehriban olmağı öyrənməkdir. Bu, vaxt aparan bir səyahətdir, lakin buna mütləq dəyər. / banker.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes təlimlər və tədris üsulları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları