Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.
Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək. Mən, həmçinin əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcək. Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm.
Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı üçün dualar edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Swift nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İban nədir?
İlon Mask kimdir?