"PAŞA Bank"da yeni baş direktor təyin edilib
Zibeydə Hacıyeva "PAŞA Bank" ASC-də Baş direktor vəzifəsinə təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, onun təyin olunduğu vəzifə İnsan resursları üzrə baş direktordur. Bu vəzifə çərçivəsində o, insan resursları və isdedadların idarə edilməsi funksiyası, "Agile" ekspert mərkəzi, habelə SƏTƏM və inzibatçılıq istiqamətlərinin fəaliyyətini idarə edəcək.
Qeyd edək ki, Z.Hacıyeva 2022-ci ilin fevral ayında "PAŞA Bank"ın heyətinə qoşulub. O, qeyd edilən tarixdən indiyə qədər İnsan resursları departamentinin direktoru vəzifəsində çalışırdı.
Zibeydə Hacıyeva beynəlxalq və yerli şirkətlərdə insan resurslarının idarə edilməsi sahəsində 20 ilə yaxın təcrübəyə malikdir.
Z.Hacıyeva Bakı Dövlət Universitetində bakalavr üzrə hüquq və İngiltərədəki Nottinqem Trent Universitetində kadrların idarə edilməsi təhsili almışdır.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?