"PAŞA Həyat" maliyyə nəticələrini açıqladı
Ölkənin lider həyat sığortası şirkəti olan "PAŞA Həyat Sığorta" ASC 2022-ci il üzrə 2-ci rübün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
Şirkətin yaydığı məlumata əsasən, ikinci rübün sonuna PAŞA Həyat 57.8 milyon AZN dəyərində olan ümumi kapital həcmi ilə ölkənin lider həyat sığortası şirkəti mövqeyini qorumağa davam edir. Cəmi aktivlərin həcmi isə 495 milyon manat təşkil edib.
"PAŞA Həyat Sığorta" ASC bütün məhsullar üzrə müştərilərinə 69.3 milyon manat sığorta ödənişləri həyata keçirib. Burada iki əsas məhsullar üzrə müştərilərə edilən sığorta ödənişləri belədir: "Həyatın Yaşam sığortası" üzrə 67.6 milyon manat, "İcbari Həyat sığortası" üzrə isə 1 milyon manat.
Qeyd olunan dövr üzrə yığılmış sığorta haqları 195.5 milyon manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur.
Nəticədə audit olunmamış ilkin göstəricilərə əsasən PAŞA Həyat birinci yarımili 12.6 milyon manat cəmi məcmu gəlirlə başa vurub.
Şirkətin strateji planlamasına uyğun olaraq bütün məhsullar üzrə avtomatizasiya və maksimum rəqəmsallaşma işləri gedir, məqsəd müştərilərə daha əlçatan məhsul təqdim etməklə onları məmnun etməkdir. Şirkət artıq mobil tətbiqin hazırlanması üzrə işlərə başlayıb.
Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir.
Lider sığorta şirkəti - "PAŞA Həyat Sığorta" ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "İstehsalatda bədbəxt hadisələrin icbari sığortası", "Yığım tərkibli yaşam sığortası" məhsullarını təklif edir.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Kriptovalyuta nədir?