"PAŞA Holding"in sponsorluq etdiyi "Holberton School Azerbaijan" məktəbinin ilk Məzun Günü baş tutub
(®) 2023-cü ilin sentyabr ayından etibarən "PAŞA Holding"in sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azerbaycana cəlb olunan dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan "Holberton School Azərbaijan" məktəbinin 4 iyul 2024-cü il tarixində ilk Məzun Günü keçirilib.
9 aylıq tədris zamanı, tələbələr üçün 11 "HolberTalks" seminarları, 15 demo intervyu, 10 şəxsi inkişaf treninq, 5 karyera günləri və limitsiz mentor dəstəyi təşkil olunub. Bundan əlavə, sözügedən məktəbi bitirmiş işlə təmin olunmuş tələbələrin sayı 12 təşkil edib.
Ümumilikdə, 22 ölkədə, 34 şəhərdə və ötən il Bakıda fəaliyətə başlayan "Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. Qeyd edək ki, "Holberton School Azerbaijan", tələbələrinə texniki və yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır.
Xatırladaq ki, innovasiyaların təşviqi, eləcə də ölkədə innovasiya ekosisteminə dəstəyin göstərilməsi PAŞA Holding-in önəm verdiyi istiqamətlərdəndir. Bu məqsədlə holdinq tərəfindən INMerge İnnovasiya Sammiti və PAŞA Hakaton təşkil edilir, yerli inkubasiya və akselerasiya mərkəzlərinə dəstək göstərilir. Qeyd edək ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də "PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.


/ marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"Freelance" nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
5 liderlik göstəricisi
Ev şəraitində pul qazanmağın yolları