"Pirallah-Çörək" ASC də ləğv edilir – MÜƏSSİSƏ PİS VƏZİYYƏTDƏDİR
Fevralın 17-də "Pirallah-Çörək" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyində bir məsələ müzakirə ediləcək – müəssisənin ləğvi və aralıq ləğvetmə balansının təsdiq olunması.
Yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi 3 nömrəli ünvanda keçiriləcək.
"Pirallah-Çörək" ASC-nin səhmdarları FED.az-a bildirib ki, hazırda müəssisə fəaliyyətsizdir, onun əsas fondları – avadanlıqları tamamilə köhnəliv və dağılıb, müəssisənin tikililəri də pis vəziyyətdədir. Ona görə də burada istesalı təşkil etmək praktiki olaraq mümkün deyil.
"Azinteroil" ümumi yığıncaq çağırdı
Müəssisədə istehsalı təşkil etmək üçün buraya bir neçə milyon manat yatırım tələb olunur, bu məbləğ isə səhmdarlarda yoxdur. Ona görə də ASC-nin rəhbərliyi müəssisənin ləvğ edilməsi barədə qərar qəbul edib.
Gündəlikdəki məsələlərin materialları ilə Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi 3 nömrəli ünvanda tanış olmaq mümkündür.
Toplantıda bütün səhmdarların iştirakı vacibdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?