Prezident Baronessa Emma Nikolsonu qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
KONKRET.azxəbər verir ki, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirib.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunulub, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edilib.
Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulanıb.
Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqların qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın ən zəngin idmançıları
SMM nə deməkdir?
SWIFT nədir?
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi