Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul etdi - YENİLƏNİB

Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Njupuo Yap Mariatu ilk növbədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi əməliyyat-taktiki təlimdə fəxri qonaq qismində iştirak etməkdən məmnunluğunu bildirdi.
Heydər Əliyevin görkəmli dövlət xadimi və siyasətçi olduğunu vurğulayan Mülki Müdafiə Təşkilatının Baş katibi Prezident İlham Əliyevin ölkədə sabitliyin və dinamik inkişafın təmin edilməsi ilə onun siyasətini uğurla davam etdirdiyini bildirdi. Dövlətimizin başçısının regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiklərini deyən qonaq qeyd etdi ki, bu, Prezident İlham Əliyevin ölkəmiz və region üçün verdiyi dəyərli töhfədir. Njupuo Yap Mariatu Azərbaycanın Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi köməyin təşkilat tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verdi.
Qonaq qeyd etdi ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir. Njupuo Yap Mariatu Baş Assambleyanın 2022-ci ildə keçirilmiş sonuncu sessiyasında Azərbaycanın yenidən 4 il müddətinə İcraiyyə Şurasının üzvü seçilməsini məmnunluqla vurğuladı.
O, səfərinin əməkdaşlığımızın daha da inkişaf etməsinə və güclənməsinə təkan verəcəyinə əminliyini bildirdi.
Dövlətimizin başçısı Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, eyni zamanda, energetika obyektlərimizə də hücumların olduğunu qeyd etdi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verdi.
Dövlətimizin başçısı COVID-19 pandemiyasi zamanı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyi xatırladı, bunu Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu qeyd etdi.
Söhbət zamanı iqlim dəyişikləri barədə fikir mübadiləsi aparıldı.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
***
13:16
KONKRET.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Xəbərlər     Tarix: 18 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti