Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan arasında düşmənçilik başa çatmalıdır
Azərbaycan və Ermənistan arasında düşmənçilik başa çatmalıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ciddi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər.
"Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ehtimal ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxta qayıtmayacaq. Biz ənənəvi tərəfdaşlarla ticarət sahəsində əməkdaşlıqla bağlı bəzi mənfi cəhətləri, eyni zamanda, xüsusilə də kommunikasiya layihələri ilə bağlı bəzi üstünlükləri görürük. Azərbaycan uzun illərdir ki, müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına investisiya yatırıb və indi Mərkəzi Asiyadan karqo nəqlinin Azərbaycandan keçməklə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Amma bildiyiniz kimi, bizim özümüz də təxminən 2 il əvvəl 44 gün çəkən müharibədə olmuşuq və biz müharibənin nə olduğunu, xalqlar üçün necə dağıntıya və məşəqqətə səbəb olduğunu bilirik. Ona görə də biz Avrasiyada sülhün bərqərar olunmasını istəyirik. Mən düşünürəm ki, Azərbaycan və Ermənistan uzunmüddətli qarşılıqlı nifrət mövqeyinin dəyişməsini nümayiş etdirməlidir və düşmənçilik başa çatmalıdır. Biz hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq və mən düşünürəm ki, bu ciddi tarixi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər", – dövlət başçısı vurğulayıb.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İnvestisiyanın necə cəlb etmək olar?
Layihə menecmenti nədir?