Prezident: "İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib"
"Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.
"Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır.
Beləliklə, burada enerji seqmenti, iqtisadiyyat və ticarətin inkişafı mövzuları var. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Bundan başqa, təhsil, mədəniyyət və bir sıra digər sahələr var. Yəni, strateji tərəfdaşlıqla bağlı bəyanat fəaliyyətdədir", – dövlət başçısı qeyd edib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Green Card nədir və onu necə əldə etmək olar?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Onlayn biznes ideyaları