Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLAR

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.
KONKRET.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.
İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün "Cücələrim" mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv "Cücələrim" adlandırılıb.
Təqribən 15 il sonra -1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb.
Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib.
Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.
Qeyd edək ki, bu Mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir.
Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLARPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLAR

Xəbərlər     Tarix: 05 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə


iqtisadi xeberler dollar mezenne bank faizleri biznes qurmaq bu gunun xeberleri