Prezidentdən sahibkarlarla bağlı - FƏRMAN
"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra sahibkar investisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. İnvestisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətə Nazirlik 5 iş günü müddətində "Lisenziyalar və icazələr haqqında" və "İnzibati icraat haqqında" qanunlara uyğun olaraq baxır. İnvestisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə Nazirliyin qəbul etdiyi inzibati akt 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Sahibkar investisiya təşviqi sənədi verilmiş layihəsini (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərini, həmin layihə ilə bağlı hüquq və öhdəliklərini) digər sahibkara (bundan sonra − yeni sahibkar) ötürə bilər. Bu məqsədlə investisiya təşviqi sənədini almış sahibkar və yeni sahibkar investisiya təşviqi sənədində dəyişiklik edilməsi üçün aşağıdakı sənədlər də əlavə edilməklə birgə ərizə ilə Nazirliyə müraciət etməlidirlər.
- "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.2.1−18.2.4-cü maddələrində nəzərdə tutulan sənədlər (yalnız yeni sahibkara münasibətdə);
- investisiya təşviqi sənədinin əsli;
- investisiya təşviqi sənədi verilmiş layihənin (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərinin, həmin layihə ilə bağlı hüquq və öhdəliklərin) yeni sahibkara ötürüldüyünü təsdiq edən sənədlərin surəti.
Nazirlik 2-ci hissədə nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində "Lisenziyalar və icazələr haqqında" və "İnzibati icraat haqqında" qanunlara uyğun olaraq baxır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə yeni sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda, investisiya təşviqi sənədi və həmin investisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə qəbul edilmiş inzibati akt yeni sahibkara, bununla bağlı məlumat isə investisiya təşviqi sənədinin ilkin sahibinə 2 iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları