Prezidentin səlahiyyətli nümayəndəsi DQ-nin Şərurdakı hərbi hissəsi ilə tanış olub

Prezidentin səlahiyyətli nümayəndəsi DQ-nin Şərurdakı hərbi hissəsi ilə tanış olubDaxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanışlıq olub.
KONKRET.azxəbər verir ki, martın 11-də – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanış olub.
Səlahiyyətli nümayəndə hərbi hissənin xatirə kitabını yazıb.
Hərbi hissənin balansında olan silah, xüsusi vasitələr, avtomobil və zirehli texnikaların nümayişi olub.
Hərbi hissə ilə tanışlıqdan sonra keçirilən tədbirdə əvvəlcə şəhidlərin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis polkovniki Süleyman Neymətov çıxış edərək Azərbaycan Respublikasının daxili işlər naziri adından şəxsi heyəti Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edib. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Daxili Qoşunların keçdiyi böyük təşkilatlanma və inkişaf yolundan, hərbi qulluqçuların ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən danışıb. Daxili Qoşunların şəxsi heyətinin ölkə Prezidenti tərəfindən qarşıya qoyulan tapşırıqları hər an yerinə yetirməyə qadir olduğu vurğulanıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəxsi heyəti "Heydər Əliyev İli" və Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edərək deyib ki, Daxili Qoşunların yaranması günü məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Birinci Qarabağ müharibəsində həm şəhidlərimiz, eyni zamanda qazilərimiz olub. Uzun müddət ərzində səbrlə, təmkinlə yürüdülmüş siyasət məhz ona xidmət edirdi ki, həm ordunun, həm də daxili qoşunların maddi-texniki bazası təkmilləşdirilsin və müasir standartlara uyğunlaşdırılsın. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin bu sahəyə diqqəti Azərbaycan Ordusunun və Daxili Qoşunların inkişafına səbəb olub. Bunun nəticəsində Vətən müharibəsində düşmənə layiqli cavab verildi. Əgər lazım olarsa, bundan sonra da rəşadətli övladlar yetişdirmiş bu torpaq və onun oğulları düşmənə yerini göstərəcək.
Sonda hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edilib.
Əsgər Xəyal Məmmədov yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.
Prezidentin səlahiyyətli nümayəndəsi DQ-nin Şərurdakı hərbi hissəsi ilə tanış olub

Xəbərlər     Tarix: 11 mart 2023

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq dollar kursu online pul qazanmaq