Proqnozdan əlavə 1,5 milyard manat vəsait toplanıb

Proqnozdan əlavə 1,5 milyard manat vəsait toplanıb2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində dövlət büdcəsinə proqnozdan əlavə 1,1 milyard manat daxilolma təmin edilib.
Marja.az xəbər verir ki, bunu Dövlət Vergi Xidməti açıqlayıb.
Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artan templə davam edir. İlk növbədə daxilolmalarda könüllü daxilolmaların xüsusi çəkisi daha da artıb. 2019-cu ildən qeyri-neft-qaz vergi daxilolmalarının artım tempi qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir ki, bunun da əsas səbəbi dövriyyələrin şəffaflaşmasıdır.
Əlavə edilib ki, Azərbaycanda əmək müqavilələrinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 406,9 min artaraq cari ilin yanvarın 1-nə 1 milyon 808,8 min, o cümlədən qeyri-neft-qaz özəl sektorda 358 min və ya 1,6 dəfə artaraq 897,9 min olub.
Ötən il məcburi dövlət sosial sığorta ödənişləri üzrə proqnozdan əlavə 413,2 milyon manat daxilolma təmin edilib, bu sahədə artım 13,3 % olub. Qeyri-büdcə təşkilatları üzrə artım 15,1 % təşkil edib. Dövriyyələrin şəffaflaşmasında yeni nəsil nəzarət-kassa-aparatlarının geniş tətbiqi mühüm amillərdən biridir. Bu aparatlar üzrə dövriyyələrin artımı ötən il də davam edib və dövriyyənin həcmi 22 milyard manata çatıb.
"ƏDV geri al" layihəsi stimullaşdırma ilə yanaşı iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. 2023-cü ildə fiziki şəxs olan istehlakçılara ödədikləri ƏDV üzrə 154 milyon 178,8 min manat geri qaytarılıb. Ötən ildən etibarən nağdsız ödəniş edən istehlakçılara qaytarılan ƏDV məbləği artırılıb. Bu da faktiki olaraq nağdsız ödənişlə alış-verişin genişlənməsinə səbəb olub. Ötən il ölkədə nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə artaraq 48 milyard 978 milyon manat təşkil edib. Bu, həm də vergi islahatlarının nağdsız dövriyyənin artımına verdiyi töhfədir.

Maliyyə     Tarix: 12 fevral 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi iqtisadiyyat xeberleri biznes ideyalari