Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib
Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib.
"Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm", – Rusiyanın dövlət başçısı deyib.
O, Türkiyə Prezidentinin və BMT-nin Baş katibi Antoniu Quterreşin bu problemin nizamlanmasına verdiyi töhfəni xüsusilə vurğulayıb.
Onun sözlərinə görə, bu addım bir çox ölkə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün vacib rol oynadı və onlara ciddi ərzaq böhranından xilas olmaq imkanı verdi.
V.Putin bunun ərzaq və su təminatı ilə bağlı böyük problemlərin astanasında olan ölkələr üçün çox vacib olduğunu vurğulayıb: "Şəxsən sizin iştirakınızla qəbul edilmiş bu qərarlar bütün bu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə sizə öz təşəkkürümü bildirirəm".

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes plan necə yazılır?