Qalobal bazarlarda son vəziyyət
Dünən ABŞ-da inflyasiyaya dair göstəricilərin proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə bahalaşdı. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.55% artaraq 104.74 bənd təşkil edib.
ABŞ-ın Əmək Nazirliyinin press-relizində qeyd olunur ki, yanvar ayında ölkədə İstehlak Qiymətləri İndeksi illik ifadədə 3.1%, aylıq ifadədə isə 0.3% təşkil edib. Həmçinin İstehlak Qiymətlərinin Baza İndeksi illik ifadədə 3.9%, aylıq ifadədə isə 0.4% səviyyəsində açıqlanıb.
Qeyd olunan statistik məlumatlar investorlar üçün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin gələcək kursu haqqında siqnal ola bilər. Tənzimləyici qurumun may ayında faiz dərəcəsini azaldacağını proqnoz edən analitiklərin sayı dərc olunan göstəricilərin fonunda azalıb.
Ekspertlər düşünüllər ki, yüksək səviyyədə açıqlanan inflyasiya məlumatları FED-i faiz endirimlərini may və iyun aylarından sonra da təxirə salmağa məcbur edə bilər. Arzuolunan 2%-lik inflyasiya hədəfinə çatmaq gözləniləndən daha çətin ola bilər. Bu səbəbdən daha uzun müddətə daha yüksək faiz dərəcələri qoruna bilər.
Dolların kəskin bahalaşması qızılın, əksinə, ucuzlaşması ilə nəticələndi. Hal-hazırda 1992$ səviyyəsində ticarət olunan dəyərli metal, dolların mövqelərinin möhkəmləndirməyə davam edəcəyi təqdirdə, bir qədər də dəyər itirə bilər.
Dünən "OPEC"-in aylıq hesabatı dərc olunub. Sənəddə təşkilat il üçün qlobal neft tələbatının artım proqnozunu sutkada 2.2 milyon barrel səviyyəsində saxlayıb. Eyni zamanda, "OPEC" bu il qeyri-təşkilati hasilatın artımı ilə bağlı təxminlərini 1.2 milyon barrel səviyyəsinə endirib. Bunun fonunda dünən "Brent" markalı neft 0.9%, "WTI" markalı neft isə 1.2% bahalaşıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkıtinin analitikləri tərəfindın hazırlanıb. / marja.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
"iPhone 15" modelinin üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?