Qarabağ sakinlərinin təhlükəsizliyini təmin edəcək xüsusi mobil əlavə yaradılır

Qarabağ sakinlərinin təhlükəsizliyini təmin edəcək xüsusi mobil əlavə yaradılırİşğaldan azad edilən ərazilərdə yaşayan, həmin ərazilərə köç edən insanların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi mobil əlavə yaradılır.
Bunu Elektron hökumətin inkişafı mərkəzinin əməkdaşı Qasim Hüseynov deyib.
Onun sözlərinə görə, söhbət mina təhlükəsi barədə xəbərdarlıq edəcək tətbiqdən gedir ki, onun vasitəsilə həmin ərazilərdə olan sakinlər müəyyən olunan təhlükəsiz zonalardan kənar düşdükdə bildirişlər ala biləcəklər.
"Bildiyimiz kimi artıq işğaldan azad olunan ərazilərin bir neçə kəndinə sakinlər geri qayıdıb. Həmin ərazilərə ki, minalardan təmizlənib. Lakin elə ərazilər var ki, minalardan tam təmizlənməyib. Bu ərazilərdə yaşayan, köç edən insanların təhlükəsizliyini təmin etmək məqsədilə biz belə bir proqram təklif edirik. Təhlükəsiz zonalar barədə məlumatlar əraziləri minalardan təmizlənməsi ilə məşğul olan qurumlardan əldə olunur. Vətəndaşlar təyin edilən ərazidən kənarlaşarkən minalanmış zonaya keçməsin deyə bildirişlər alacaqlar", – deyə Qasim Hüseynov qeyd edib.
Onun sözlərinə görə, bununla yanaşı əgər vətəndaş təmiz ərazi deyilən zonalarda təsadüfən hər-hansı sursatla rastlaşarsa tətbiq vasitəsilə "SOS" siqnalı verərək həmin ərazini işarələyə bilər və bu ərazi artıq təhlükəli ərazi kimi işarələnərək müvafiq qurumlara bildirişlər göndəriləcək.
"Eyni zamanda vətəndaş özünü təhlükədə hiss edərsə və yaxud harada olduğunu bilməzsə "SOS" düyməsini basaraq məlumat verə biləcək. Müvafiq qurumlar təxliyə tədbirləri görərək, həmin ərazidə təmizləmə işləri apara biləcəklər", – deyə Qasim Hüseynov əlavə edib. / banker.az

Xəbərlər     Tarix: 20 sentyabr 2022

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler 1000 manatla biznes iqtisadiyyat xeberleri en son xeberler valyuta kurslari