Qarabağda sahibkarlar üçün güzəştlərə dair maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Qarabağda sahibkarlar üçün güzəştlərə dair maarifləndirmə tədbiri keçirilib - FOTOLARZəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərəcək biznes subyektləri ilə keçirilən görüş çərçivəsində sahibkarlar işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən dövlət dəstəyi, o cümlədən vergi və digər güzəştlər, habelə regionun mövcud investisiya imkanları barədə məlumatlandırılıb.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, tədbir Agentliyin təşkilatçılığı, eləcə də Prezidentin bölgədəki Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və 50-dən çox sahibkar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Azərbaycanda sahibkarlığın əsaslarını Ümummilli Lider Heydər Əliyev qoyub. O, həmçinin Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə aparılması üçün hədəflər müəyyən etdiyini, müvafiq tapşırıqlar verdiyini qeyd edib: "Hazırda bu istiqamətdə işlər uğurla həyata keçirilir. Əminik ki, sahibkarların bu ərazilərə yatırdığı investisiyalar bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, bölgəyə qayıdacaq əhalinin rifahının daha da yaxşılaşdırılması üçün yeni iş imkanları yaradacaq. Biz bu istiqamətdə sahibkarlar üçün hər bir şəraiti yaratmağa, həmçinin bütün tərəfdaşlarla birgə işləməyə hazırıq. Sahibkarları işğaldan azad edilmiş ərazilərimizin bərpasında və inkişafında fəal olmağa dəvət edirik".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün tətbiq olunan stimullaşdırıcı dəstək mexanizmləri və güzəştlər barədə danışıb. O, qeyd edil ki, işğaldan azad olunmuş ərazilərdə müasir sosial infrastruktur, həmçinin DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində tədbirlərin başlanğıcı olaraq 2022-ci ilin mayında Ağalıda ilk "Smart DOST" xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə həmin ərazilərdə DOST mərkəzi və filiallları, peşə hazırlığı və reabilitasiya obyektləri yaradılacaq. Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində aktiv məşğulluq proqramları icra edilir, sakinlərin məşğulluğunun təmin edilməsi, özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatların yaradılması və peşə hazırlığının təşkili istiqamətində də işlər görülür.
KOBİA-nın İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov işğaldan azad edilmiş ərazilərə yerli və xarici iş adamlarının marağının artdığını, bu ərazilərdə biznes qurmaq və investisiya yatırmaq üçün sahibkarlardan xeyli müraciətlərin daxil olduğunu qeyd edib. O, eyni zamanda Ağalıda KOB dostunun fəaliyyəti, regionda sahibkarlığın qurulması və özünüməşğulluğun təmin edilməsi üçün KOBİA-nın gördüyü işlər və dəstək tədbirləri barədə məlumat verib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov işğaldan azad olunmuş ərazilərdə gömrük postlarının fəaliyyətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib, bu ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısının hazırlandığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün nəzərdə tutulan vergi, sosial sığorta, kommunal xidmətlər üzrə və digər güzəştlər, Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı barədə məlumat verib, sahibkarların sualları cavablandırılıb.

Biznes     Tarix: 26 may 2023

Oxşar xəbərlər

Azərbaycanda iri şirkətlərin etdiyi - 3 ÖLÜMCÜL SƏHV

Şirkətlərin ən həssas aktivi – Reputasiya. İri korporasiyaların və holdinqlərin balansı təhlil edilərkən adətən daşınmaz əmlak, istehsalatı, maliyyə rehtiyatları və rəqəmsal aktivlər ön plana çəkilir. Lakin müasir bizne

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler bitkoin bitcoin qiymeti internetden pul qazanmaq biznes krediti