Qaz neft qədər Azərbaycana gəlir gətirməyə başlayıb - 5 AYDA 7,1 MİLYARD DOLLAR
2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə 14 milyard 648 milyon 531 min dollarlıq mallar ixrac edilib. Ötən ilin eyni dövründə bu malların ixracı 14 milyard 228 milyon 442 min dollar təşkil etmişdi.
Marja Dövlət Gömrük Komitəsinə istindən xəbər verir ki, 2023-cü ilin ilk 5 ayı ərzində 7 milyard 220 milyon 253 min dollar dəyərində xam neft, 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edilib. 2022-ci ilin ilk 5 ayı ərzində 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 793 min dollarlıq təbii qaz ixrac edilmişdi.
Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri artıb. Diqqəti cəlb edən təbii qaz ixracının dəyərinin xam neft ixracının dəyərinə yaxınlaşmasıdır.
2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycandan neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın statistik dəyəri 1 milyard 465 milyon 801 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu mallar üzrə ixracın dəyəri 1 milyard 188 milyon 67 min dollar təşkil etmişdi.
Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın 313 milyon 898 min dollarını elektrik enerjisi ixracı təşkil edib.
2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycanın cəmi ixracı 16 milyard 114 milyon 332 min dollar məbləğində olub. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt