Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək
Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.
Bu ilin ilk beş ayında bu ölkədən Almaniyaya təxminən 500 min ton neft göndərilib.
Bildirilir ki, iyun ayının 14-də "KazMunayGaz"ın idarə heyətinin sədri Asxat Xasenov Astanada "Karachaganak Petroleum Operating B.V." şirkətinin baş direktoru Marko Marsili ilə görüşüb.
Tərəflər Qazaxıstan karbohidrogenlərinə Qərbi Avropada artan tələbat fonunda "Karachaganak" yatağından çıxarılan neftin ixracını müzakirə ediblər.
Qeyd olunub ki, 2023-cü ildə "Karachaganak" yatağından çıxarılan təxminən 1 milyon ton neft ilk dəfə "KazTransOil" və "Transneft" nəqliyyat sistemləri vasitəsilə Almaniyaya çatdırılıb.
Qazaxıstanın şimal-qərbində yerləşən "Karachaganak" yatağı 1979-cu ildə kəşf edilib. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv