Qazaxıstan Almaniyaya neft ixrac edə bilər
Qazaxıstanın "KazTransOil" şirkəti Almaniyaya neft ixrac edə bilər.
Bu ölkənin şirkəti Almaniyaya "Drujba" kəməri ilə neft tranziti üçün Rusiyanın "Transneft" şirkətinə müraciət etdiyini təsdiqləyib.
Bildirilib ki, "KazTransOil" 2023-cü ildə 1,2 milyon ton Qazaxıstan neftinin "Transneft"in magistral kəmərlər sistemi ilə Almaniyaya nəqli üçün müraciət göndərib.
Xatırladaq ki, bir müddət əvvəl "KazMunayQaz"ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyinin dövlət katibi Mixael Kelnerlə danışıqlardan sonra bildirmişdi ki, şirkət 2023-cü ilin yanvarında Almaniyaya neftin sınaq partiyasının göndərilməsi imkanını nəzərdən keçirir. / banker.az
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə
Server çöküb - Saytlar işləmir
Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Külək enerjisinin istehsalı artıb
Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə