Qazaxıstan BTC ilə neft tranzitini 47%-ə yaxın artırmağı planlaşdırır

Qazaxıstan BTC ilə neft tranzitini 47%-ə yaxın artırmağı planlaşdırırQazaxıstan neftinin Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri (BTC) marşrutu üzrə tranzitinin həcmləri illik 2.2 milyon tona qədər artırılacaq.
Bu barədə Qazaxıstanın "KazMunayQaz" (KMG) şirkətinin məlumatında bildirilir.
Məlumata görə, martın 11-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KMG şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən mərhələli şəkildə nəqlinin həcmlərinin artırılması dair saziş və Qazaxıstan neftinin alqı-satqısına dair Strateji Əməkdaşlıq Memorandumu imzalanıb.
İkitərəfli sənədləri Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıblar. 46,7
Bu Saziş çərçivəsində tərəflər Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə daşıma tariflərinin aşağı salınması, o cümlədən Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli məsələlərini müzakirə etməyi davam etdirəcəklər.
Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə illik həcmi 1.5 milyon ton olan neftin tranziti haqqında Saziş imzalayıb.
2023-cü ilin sonunda Aktau limanından 1 milyon 057 min ton, 2024-cü ilin yanvar-fevral aylarında isə 232 min ton neft göndərilib.
Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumu Qazaxıstan neftinin SOCAR-a daxil olan neft emalı zavodlarında sonrakı emal üçün satışı, habelə regional və qlobal bazarlarda sonrakı ticarətin ümumi şərtlərini və prinsiplərini müəyyən edir.
KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev qeyd edib ki, imzalanan sənədlər Qazaxıstan neftinin dünya bazarlarına nəqli baxımından şirkətlər arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə əlavə töhfə verir. / banker.az

Xəbərlər     Tarix: 12 mart 2024

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes xeberleri kripto bitkoin qiymeti internetden pul qazanmaq