"Qazprom" Çinə qaz tədarükündə Türkmənistanı ötüb
Rusiyanın "Qazprom" şirkəti 2024-cü ilin fevralında Çinə boru kəməri vasitəsilə təbii qazın nəqlində ən böyük tədarükçü olub və bununla ilk dəfə olaraq uzunmüddətli lider Türkmənistanı geridə qoyub.
Bu barədə Rusiya KİV-ləri Çinin Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.
2024-cü ilin fevralında "Qazprom" Çinə 2.5 milyard kubmetr, Türkmənistan isə təxminən 2.4 milyard kubmetr təbii qaz ixrac edib. Türkmənistan "mavi yanacağı"nın gündəlik tədarükü 2024-cü ilin yanvarında 89 milyon kubmetrdən fevralda təxminən 82 milyon kubmetrə düşüb.
Özbəkistan isə bu ilin fevralında Çinə təbii qaz ixracını tamamilə dayandırıb.
Ümumilikdə, Çin 2024-cü ilin fevralında boru kəmərləri vasitəsilə 5.346 milyard kubmetr təbii qaz idxal edib və bu da ötən ilin göstəricisindən 17% çoxdur. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd