"Qazprom" uzaq xaricə qazın ixracını 40%-dən çox azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın "Qazprom" şirkəti qaz hasilatını 18,6% azaldaraq, 344 mlrd. kubmetrə endirib.
Bu barədə "Qazprom" "Telegram" kanalında paylaşım edib.
"İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-oktyabr aylarında "Qazprom" 344 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 18,6% (78,8 mlrd. kubmetr) azdır", – paylaşımda bildirilir.
Qeyd olunur ki, hesabat dövründə "Qazprom" uzaq xaricə qazın ixracını 42,6% azaldaraq 91,2 milyard kubmetrə endirib.
Xatırladaq ki, "Qazprom" 2021-ci ildə 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 mlrd. kubmetr çoxdur. Bu göstərici son 13 ilin ən yaxşı göstəricisi olub. / banker.az
Çin Yaponiyaya iqtisadi təzyiqi artırır
Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Server çöküb - Saytlar işləmir
Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind
Neftin qiyməti yüksəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1