Qəribə biznes ideyaları
Biznes yalnız əzm, iradə və çox çalışmaqdan ibarət deyil. Maraqlı fikir və ideyalar vacibdir. İnsanlar daim yenilik, fərqlilik axtarışındadırlar. Bəzən ətrafımızdakı bir çox insanlara məntiqsiz və ya uğursuz gələ bilən biznes ideyaları sizə milyonlar qazandıracaq böyük biznesə çevrilə bilər. Gəlin maraqlı və qəribə olan bir neçə biznes ideyalarına baxaq.
1. "Kartof paketi". Adı biraz gülməli səslənsədə uğur qazandıran, maraqlı bir beznesdir. Belə ki, Alex Craig adlı bir şəxs yeni fikir tapır və bu fikri sevgilisi ilə bölüşür. Craigin ağlına gələn fikir isə kartofun üzərinə məktub yazmaq idi. Müştərilər sifarişlərini online şəkildə verə bilərdilər. Mesajlarını deyirlər və adsız olaraq istədikləri ünvana kartof paketi göndərilirdi. Sevgilisi bu fikri dəstəkləmir və həyatında eşitdiyi ən mənasız fikir olduğunu deyir. Craig isə qərarından dönmür və bu işə başlayır. Hal-hazırda Alex Craig biznesini hər keçən gün daha da böyüdür və artıq imkanlı iş adamlarından biridir.
2. "Boşqab sındırma". Bu biznes ideyası ölkəmizdə daxil dünyanın bir çox ölkəsində məşhurdur. Bəzi insanlar boşqab, şüşə kimi şeyləri qırmağı sevirlər. Hətta bununla stress atanlar belə var. Belə ki, insanlara boşqab sındıra biləcəkləri güvənli bir yer yaradılır və dostlarla, həmçinin təkdə əylənib, stress ata biləcəkləri yer fikri onları cəlb edir.
3. "Life coach" ya da başqa adı ilə "Yaşam koçu". Yaşam koçları fərdlərə onlara ən uyğun olan yolu tapmağa, məqsədlərinə doğru addımlamağa və həyatlarını daha sağlam, məhsuldar və xoşbəxt etməyə kömək edir. O, yaxşı dinləyicidir. Yaşam koçu müştərinin dediklərinə uyğun təhlil edə bilən, müşahidə qabiliyyəti güclü, intuisiyasından düzgün istifadə edə bilən şəxslərdir. Koçla işləməyin ən böyük faydası, qarşılaşdığımız problemlərə yeni və həll yönümlü perspektivlə yanaşa bilməkdir. Onların məqsədi çatmaq istədiyiniz nöqtəyə gedən yolda sizin geridə qoyacağınız düşüncələri, hissləri və vərdişləri sağaltmaqdır.
4. "Pişik qəfəs kafeləri" . Pişik qəfəsli kafelər, xüsusən də şəhər mənzillərində pişik sahibi olmaqda çətinlik çəkən insanların diqqətini cəlb edir. Bu kafelər insanlara qəhvə və ya çay içərkən sevimli pişik dostları ilə vaxt keçirmək imkanı verir. Kafedə pişik övladlığa götürmə, baytarlıq xidmətləri və pişik aksesuarlarının satışı kimi əlavə gəlir mənbələri də ola bilər.
Qısacası, əgər sizin biznes üçün fərqli ideya və fikirləriniz olarsa, bunları həyata keçirməkdən çəkinməyin. Ətrafınızdakı dost-tanışlarınızın sizin fikirlərinizlə razılaşmaması və ya məntiqsiz hesab etmələri sizin fikirinizin səhv olduğu mənasına gəlmir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?