Qeyri-rezidentə köçürülən məbləğdən tutulan verginin dərəcəsi 2 dəfə azaldılıb
Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə dəyişiklik edilib, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb.
Məlum olduğu kimi, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub. Bu qərar ölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsi prosesinin sürətləndirilməsi, kapital bazarlarında səhmlərə investisiya cəlbinin təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşdırılması məqsədi daşıyıb.
Bu ildən qüvvəyə minən dəyişikliklərə görə isə, rezident vergi ödəyiciləri ilə bərabər iqtisadi şəraitin yaradılması məqsədilə, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib. / marja.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Dünyanın əh bahalı brendləri - TOP-10
IMEI kod nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar