Qızıl 1-ci, pambıq mahlıcı 2-ci, pomidor 3-cü olu - AZƏRBAYCANIN XARİCƏ ƏN ÇOX SATDIĞI QEYRİ-NEFT MHSULLARI

Qızıl 1-ci, pambıq mahlıcı 2-ci, pomidor 3-cü olu - AZƏRBAYCANIN XARİCƏ ƏN ÇOX SATDIĞI QEYRİ-NEFT MHSULLARIİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi  "İxrac İcmalı"na əsasən, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,6% artaraq 803,1 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 10 ayı ərzində ixrac səbətində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 61,8% artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifi 63,9% artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 29.4% artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,6% artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 15,8% artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2024-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac olunan aqrar məhsullar 5,7% artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 60,3% artaraq 260,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 864,4 milyon ABŞ dolları təşkil edib. 
2024-cü ilin yanvar-oktyabr  ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (163.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,4 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (142 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-oktyabr  ərzində Rusiya Federasiyasına 956.7 milyon ABŞ dolları, Türkiyəyə 477,6 milyon ABŞ dolları, Gürcüstana 234,6 milyon ABŞ dolları,  İsveçrəyə 168,9 milyon ABŞ dolları, ABŞ-a isə 118,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2024-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (113 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda İsveçrə (49.3 milyon ABŞ dolları) ikinci və Türkiyə (42.5 milyon ABŞ dolları) üçüncü  olub.
2024-cü ilin oktyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (48,1 milyon ABŞ dolları) birinci, xurma (23,8 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,4 milyon ABŞ dolları) üçüncü olub. / marja.az

Maliyyə     Tarix: 29 noyabr 2024

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollarin kursu bu gun en son xeberler