Qızıl daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ
Yaponiya Mərkəzi Bankının 10 illik dövlət istiqrazlarının gəlirlilik faizlərinin yuxarı sərhəddini 0.5%-ə yüksəltməsi qərarının Federal Ehtiyyatlar Sistemi, Avropa və İngiltərə Mərkəzi Banklarının keçən həftəki faiz artımları birgə dünya iqtisadiyyatı üzərində təzyiqləri artırması qlobal resessiya qorxularını da artırdı.
Amerika cəbhəsində isə dünən faiz artımlarına ən həssas sahələrdən olan tikinti sektoruna dair açıqlanan zəif statistik göstəricilər dolların dəyər itirməsinə səbəb oldu.
Bu gün isə Amerikada açıqlanacaq istehlakçının həm şəxsi maliyyə vəziyyəti, həm iqtisadiyyat, həm də gələcəklə bağlı gözləntilərini ölçən "Conference Board" İstehlakçı İnam İndeksi investorların diqqət mərkəzində olacaq.
Dollar indeksinin yenidən 103 bənd hədlərinə geriləməsi fonunda qızıl kəskin bahalaşdı. Təhlillərə əsasən hazırda 1813$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1819$ həddinin üzərinə yüksəlsə, 1835$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt