Qızılın qiyməti son 2,5 ayın ən aşağı səviyyəsində
Qızılın qiyməti, ABŞ-da iki siyasi tərəfin borc tavanının artırılması şərtlərini razılaşdırdıqdan sonra martın ortalarından bəri ən aşağı səviyyəyə yaxınlaşıb.
Çünki investorlar ABŞ-ın borc tavanı razılaşmasının qəbul edilməsi ehtimalını və onun dövlət xərclərinə təsirini qiymətləndirirlər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qızılın unsiyasının qiyməti 1939 dollaradək düşüb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti çərşənbə günü səsverməyə çıxarılacaq layihənin Konqresdən keçəcəyinə əminliklərini ifadə ediblər. Bu xəbər ABŞ-ın defoltundan qaynaqlanan geniş iqtisadi pisləşmə ilə bağlı bəzi qorxuları azaltmağa kömək edib və riskə əsaslanan aktivlərə tələbi artırıb. Bu da öz növbəsində, iqtisadi çətinliklər zamanı adətən təhlükəsiz "sığınacaq" kimi işləyən qızıla mənfi təsir edir.
Layihənin qəbul edilməsi tənəzzül riskini azalda və ABŞ-ın iqtisadi artımını dəstəkləyə bilər. Qeyri-müəyyənlik azaldığı üçün qızıla da tələb azalır.
Digər tərəfdən, altı həftənin ən yüksək səviyyəsində olan dollar, qızıl üçün daha bir mənfi faktordur, çünki bahalaşan dollar qiymətli metalı alıcılar üçün də bahalaşdırır. Bazarlarda iyun ayında FED-in faizlərini daha 0,25 faiz bəndi artıracağına dair inam artır. Bu da dolları dəstəkləyir.
Mayın əvvəlində qızılın unsiyasının qiyməti 2062 dolları keçmişdi. Ötən dövrdə qızıl təxminən 6% ucuzlaşıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?