Qlobal Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Qlobal Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıbAsiya İnkişaf Bankı (ADB) Azərbaycanın 2024-cü il üçün iqtisadi artım proqnozunu 1,5 faiz bəndi artıraraq 2,7 faizə yüksəldib.
Bu barədə bankın "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayında bildirilir.
ADB-nin apreldə dərc edilmiş hesabatında bu il üçün 1,2 faiz səviyyəsində artım proqnozlaşdırılırdı.
Gələn ildə isə ÜDM-in artım tempi 2,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Bankın analitikləri qeyd edirlər ki, yaxşılaşmanın əsas amilləri qeyri-neft sektorunun artımı, dövlət xərclərinin artması və investisiya fəallığının güclənməsi olub.
2024-cü ilin birinci yarısında qeyri-neft iqtisadiyyatının artımı 6,9 faiz təşkil edib, karbohidrogen sektoru isə daha mütəvazi nəticə - 0,6 faiz göstərib. Eyni zamanda, qaz hasilatının 3,4 faiz artması neft hasilatının 4,9 faiz azalmasını kompensasiya edib. Nəticədə iqtisadi artım 2023-cü ilin birinci yarısındakı 0,5 faizdən 2024-cü ildə 4,3 faizə qədər sürətlənib. Kənd təsərrüfatında isə əksinə, kənd təsərrüfatı məhsullarının istehsalının azalması səbəbindən artım 3,4 faizdən 0,2 faiz-ə qədər yavaşlayıb. Sənaye sektoru 0,9 faiz artım nümayiş etdirib ki, bu da neft-kimya və qida sənayesində istehsalın 7,4 faiz artması hesabına baş verib və 2023-cü ilin birinci yarısında hasilatın 3,7 faiz azalması səbəbindən sənaye istehsalının 1,8 faiz azalmasını kompensasiya edib.
ADB həmçinin qeyd edir ki, investisiyaların əhəmiyyətli artımı tikintidə artım tempinin 2023-cü ilin birinci yarısındakı 9,2 faizdən bir il sonra 18,4 faizə qədər ikiqat artmasına səbəb olub. Xidmət sahəsində artım 1,6 faizdən 6,1 faizə yüksəlib ki, bu da 15,4 faiz artım göstərən nəqliyyat sektorunun inkişafı ilə dəstəklənib.
ADB ekspertləri müsbət dinamikanın ilin sonuna qədər davam edəcəyini gözləyirlər ki, bu da 2024 və 2025-ci illər üçün proqnozların yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Xatırladaq ki, 2023-cü ilin nəticələrinə görə ölkənin ÜDM artımı 1,1 faiz təşkil edib. Hökumətin proqnozlarına görə, 2024-cü ildə ÜDM artımı 4,2 faiz, 2025-ci ildə isə 3,5 faiz səviyyəsində gözlənilir
ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.
Əvvəlki aprel hesabatında inflyasiya gözləntiləri müvafiq olaraq 5,5 % və 6,5 % səviyyəsində idi.
ADB hesab edir ki, davam edən sərt pul-kredit siyasətinin təsirləri inflyasiyanın azalmasına kömək edib.
"Qlobal əmtəə qiymətlərinin artımının yavaşlaması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın azalması, yüksək faiz dərəcələri ilə birlikdə orta illik inflyasiya səviyyəsini 2023-cü ilin birinci yarısındakı 12,7 %-dən bir il sonra 0,7 %-ə endirdi.
Ərzaq qiymətləri 0,6 % azalıb, lakin digər mallarda 1,2 %, xidmətlərdə isə 2,4 % artıb", - hesabatda qeyd olunub.
İnflyasiyanın azalması ilə Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından iyul ayına qədər dörd mərhələdə əsas faiz dərəcəsini 7,75 %-dən 7,25 %-ə endirib.
Hesabat müəlliflərinin qeyd etdiyi kimi, iyun ayının sonundan yanacağın inzibati qiymətlərinin artırılmasının 2024-cü ilin ikinci yarısında inflyasiyanın artmasına səbəb olacağı gözlənilsə də, ilin birinci yarısında çox aşağı inflyasiyanı nəzərə alaraq illik inflyasiya səviyyəsinin əvvəllər proqnozlaşdırılandan aşağı olacağı gözlənilir. Müvafiq olaraq, ADO-nun aprel sayına nisbətən 2024-cü və 2025-ci illər üçün inflyasiya proqnozları aşağı salınıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.
Hökumətin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 2,7 %, 2025-ci ildə isə 4,6 % təşkil edir.
© Report

Maliyyə     Tarix: 25 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler dollarin kursu bu gun 1000 manatla biznes bitcoin avtomobil xeberleri