Qlobal bazarlara son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlara son vəziyyət - GÜNƏ BAXIŞCümə axşamı ABŞ-da avqust ayı üzrə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksinin 55 bənd səviyyəsindən 55.7 bənd səviyyəsinə qədər yüksəldiyi açıqlanıb.
Həmçinin, "Automatic Data Processing" (ADP) analitik şirkətinin press-relizinə əsasən, avqust ayında ölkənin Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı 99 min artıb. Dərc olunmuş məlumatlar fonunda dollar bir qədər mövqelərini qaytarsa da, növbəti saatlar ərzində ucuzlaşmağa davam edib.
Qlobal bazarlara son vəziyyət - GÜNƏ BAXIŞ"OPEC+" neft hasilatının artırılmasını təxirə salmaq barədə razılığa gəldiklərini və lazım gələrsə, müddətin bir qədər də uzadıla biləcəyini, hətta, əlavə ixtisarlara gedilə biləcəyini açıqlamasından sonra beynəlxalq birjalarda neft qiymətləri üfüqi dalğalanmağa başladı, lakin, bir necə saatdan sonra kəskin ucuzlaşdı. "Brent" markalı neftin spot qiyməti 73.6$, "WTI" markalı neftin isə 69.8$ təşkil edir.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 16:30-da dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisi investorların diqqət mərkəzində olacaq əsas hadisədir. Analitiklər iyul ayında 144 min yeni işyerinin formalaşmasından sonra, avqust ayında göstəricinin 164 min artacağı proqnozlaşdırırlar. 
Eləcə də, Almaniyada açıqlanacaq Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi, Avrozonada dərc olunacaq ÜDM və ABŞ-da açıqlanacaq İşsizlik Səviyyəsi və Orta Saatlıq Əmək Haqqı göstəriciləri birjalarda volatilliyin artmasına səbəb ola biləcək xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 06 sentyabr 2024

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri 1000 manatla biznes birbank