Qlobal bazarlarda defolt qorxusu - GÜNƏ BAXIŞ
ABŞ-da borc limiti müzakirələrinin növbəti raundunda da nəticə əladə olunmaması səbəbilə artan qeyri-müəyyənliklər fond birjalarında ciddi geriləmələrə səbəb olub. Əvəzində isə "cash" dollara tələbin artması fonunda dollar indeksi yenidən 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinə çatıb.
"Buğalar" DXY-ı 103.50 bəndin üzərində saxlaya bilsələr, indeksdə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Qeyd edək ki, Ağ Ev və Respublikaçıların nümayəndələri dünən borc limiti ilə bağlı müzakirələri davam etdirsələr də, bu dəfə də razılıq əldə etmək mümkün olmayıb.
Makroiqtisadi məlumatlara gəldikdə isə, ABŞ-da Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) may ayında 1.7 bənd azalaraq 48.5-ə düşüb. Bu isə inkişaf həddi hesab edilən 50.0 bənd səviyyəsindən çox aşağıdır.
Ölkədə yeni ev satışları isə aprel ayında aylıq müqayisədə 4.1% artaraq 683 minə yüksəlib.
Bu gün gün ərzində İngiltərədə inflyasiya göstəriciləri, Amerikada isə FOMC-un son toplantısının protokolları dərc olunacaq. Həmçinin İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın açıqlamaları investorların diqqət mərkəzində olacaq.
Amerikada günü-gündən artan defolt qorxuları nəğd dollara tələbi artırmaqla yanaşı, yaşana biləcək resesssiya ehtimalları da "güvənli liman" olaraq qızıla tələbin artmasına səbəb olub. Beləki, dünən 1954$-a kimi ucuzlaşan qızıl bu səviyyələrdən dəstək alaraq yenidən bahalaşmağa başlayıb. Qiymətli metalın bir unsiya üzrə qiyməti 2000$ səviyyəsinin üzərinə yüksələrsə, artım tendensiyası yenidən bəpa oluna bilər. Hazırda 1977$-dan təklif olunan qızılın qiyməti 1980$-ın üzərində möhkəmlənə bilsə, 1994$ və 2010$-a kimi bahalaşa bilər.
Təhlil İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?