Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətÇərşənbə günü ABŞ-da İstehsal Qiymətləri İndeksi (PPİ) proqnozların altında açıqlansa da Dollar indeksində müsbət tendensiya müşahidə edildi.
Ölkədə PPİ oktyabr ayında 0.5% aylıq göstərici ilə 2020-ci ilin aprelindən bu yana ən böyük enişini yaşadı. İllik müqayisədə isə istehsal qiymətlərindəki inflyasiya səviyyəsi 1.3%-lik artımla ehtimalların altında açıqlandı.
Mövsümi şərtələrə bağlı olan ərzaq və enerji qiymətlərini əhatə etməyən İstehsal Qiymətlərinin Baza İndeksi oktyabr ayında aylıq müqayisədə dəyişməz qaldı, lakin illik müqayisədə 2.4% artdı.
ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi də oktyabr ayında aylıq müqayisədə 0.1% azalaraq proqnozları qarşılamadı. Mart ayından bəri ilk dəfə aylıq əsasda azalan pərakəndə satışlar, illik müqayisədə 2.5% artıb.
Analitikər, bu göstəricilərin bayram alış-veriş mövsümünə girərkən yay xərcləri bumunun soyuduğuna işarə olduğunu ifadə edirlər.
Ölkədə 30 illik ipoteka krediti üzrə orta faiz dərəcəsi 7.61%-lə sentyabrın sonundan bəri ən aşağı səviyyədə qalmağa davam edərkən, ipoteka müraciətləri 2.8% artıb.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu York Şöbəsi tərəfindən açıqlanan istehsal indeksi noyabr ayında bazar proqnozlarını aşaraq 9.1 bənd səviyyəsinə yüksəlib.
FED rəsmilərinin açıqlamalarına gəldikdə, San-Fransisko FED sədri Meri Deyli inflyasiyanın daha da yavaşladığını göstərən son iqtisadi məlumatların "ümid verici" olduğunu ifadə edib.
FED-in faiz artımı dövrünə erkən son qoyulması ilə bağlı xəbərdarlıq edən Deyli, Mərkəzi bankın pul-kredit siyasətini sərtləşdirməyə başladığını, lakin sonra birdən kursu geri çevirmək məcburiyyətində qaldığını söylədiyi "stop-start" vəziyyətindən narahatlığını da ifadə edib.
Dünən Dollar indeksinin (DXY) bir qədər bahalaşması fonunda major valyutalar dollar qarşısında qismən ucuzlaşdılar. Belə ki, EURUSD 1.0834, GBPUSD 1.2380 hədlərinə kimi gerilədi. USDJPY məzənnəsi isə 151.40 səviyyəsinə kimi bahalaşdı. Qızıl isə (XAUUSD) 1973$ səviyyəsində "ayılar"ın müqaviməti ilə qarşılaşaraq ucuzlaşdı və günlük şamı 1957$ səviyyəsində bağladı.
Bu gün isə Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq İşsizlik Müavinatı üçün Müraciətlərin ayı və Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Həmçinin saat 15:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı da major valyutaların, əsasən da EURUSD və GBPUSD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 16 noyabr 2023

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler valyuta kurslari 1000 manatla biznes bitkoin avtomobil xeberleri