Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətDollar/yen məzənnəsi ötən gün səhər keçən ilin sonundan bu yana ən minimum həddinə çatdıqdan sonra, bahalaşmağa başlayıb. USD/JPY cütlüyü dünən 140.710 (28 dekabr tarixindən bəri ən aşağı hədd) səviyyəsini test etdikdən sonra 142.770 səviyyəsinə qədər yüksəlib.
EUR/USD cütlüyü isə əvvəlki gün ərzində 1.1054 həddindən 1.1002 həddinə qədər ucuzlaşsa da, buradan dəstək taparaq bir qədər bahalaşıb və 1.1017 səviyyəsində qərarlaşıb. Dollar indeksi 0.08% artaraq 101.77 bənd təşkil edib.
Bazar iştirakçıları çərşənbə günü dərc edilən məlumatları qiymətləndirməyə davam edir. Belə ki, ABŞ-da İstehlak Qiymətləri İndeksi illik ifadədə iyul ayı ilə müqayisədə avqust ayında 2.9%-dən 2.5%-ə qədər geriləyib. Aylıq ifadədə istehlak qiymətləri avqust ayında 0.2% artıblar. Açıqlanan göstəricilər ABŞ Federal Ehtiyatlar Sisteminin gələn həftə keçiriləcək iclasından sonra mümkün hərəkətliyi müəyyən etmək üçün vacibdir. Verilən məlumatlara əsasən, analitiklərin 87%-i tənzimləyici qurumun uçot dərəcəsinin 25 baza bəndi - 5-5.25%-ə qədər endirilməsini proqnozlaşdırırlar.
Cümə axşamı Avropa Mərkəzi Bankının (AMB) toplantısının nəticələri məlum olacaq. Analitiklər AMB-nin faiz dərəcəsini 4.25%-dən 4%-ə qədər endirəcəyini proqnoz edirlər. Faiz qərarından əlavə, tənzimləyici qurum Avrozona üçün yenilənmiş makroiqtisadi proqnozları da təqdim edəcək.
ABŞ-da istehlak qiymətləri ilə bağlı məlumatların açıqlanmasından sonra beynəlxalq birjalarda qızılın qiyməti bir qədər yüksəlib. Dəyərli metalın 1 troya unsiyası üçün spot qiyməti hal-hazırda 2518$ təşkil edir. Ekspertlərin fikrincə, dolların 2025-ci ildə ucuzlaşmaqda davam edəcəyi təqdirdə, ABŞ-dan kənarda qızılın tələbi və qiymətləri dəstək ala bilər. Ehtimal olunur ki, mərkəzi banklar çox güman ki, qızıl almağa davam edəcəklər. Bundan əlavə, analitiklər 2025-ci ilin sonunda qızılın qiymətinin 1 unsiya üçün 2750$ səviyyəsinə çatacağını proqnoz edirlər.
ABŞ-da baş verən "Francine" qasırğasının təsiri fonunda cümə axşamı səhər birjalarda neftin qiyməti bahalaşır. "Brent" markalı neftin bir barrel üçün qiyməti 72$, "WTI" markalı neftin isə bir barrel üçün qiyməti 68.2$ təşkil edir. Analitiklərin fikrincə, "Francine" qasırğası ilə bağlı narahatlıqlar üstünlük təşkil edir və istənilən istehsalda fasilələr yaxın müddətdə tədarükün kəsilməsinə səbəb olacaq. Bununla belə, son zamanlar qiymətlərin aşağı düşməsi o deməkdir ki, "treyderlər iqtisadi artımın yavaşlayacağına getdikcə daha çox əmin olurlar ki, bu da bütün dünyada yanacağa tələbatın azalmasına səbəb olacaq".
Məlumat İnvest-Az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 12 sentyabr 2024

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler bank faizleri kripto dollar məzənnəsi telefonla pul qazanmaq